Cəmiyyət
231
10:49, Bu gün

"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər araşdırılır" - Kamran Əliyev

"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya prokurorluğunda araşdırma aparılır".
 
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
 
O bildirib ki, Rusiyada da zor tədbiq edilməsi və işgəncə faktları bağlı ayrıca istintaq aparılır:
 
"Bu işlə də Rusiya ilə əməkdaşlıq edirik, əməliyyat tədbirləri ilə əsaslı güc tədbiq edilməsi və işgəncə verilməsi faktlarını nəzərdə tuturam. Qanuni və məntiqli sonu olacağına inanıram".
 
Link kopyalandı!
Son xəbərlər