Zaur Mikayılov:
Cəmiyyət
124
10:34, Bu gün

Zaur Mikayılov: "Azərbaycanın şirin su ehtiyatları 25 faiz azalıb"

"Azərbaycanın şirin su ehtiyatları 25 faiz azalıb".
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, 1980-ci illərdən bu günədək Xəzər dənizinin səviyyəsi təxminən iki metr enib, Kür çayının sularında isə analoji həcmdə azalma müşahidə olunub:
 
“Bu faktlar regionda iqlim dəyişikliyinin açıq göstəricisi kimi dəyərləndirilir. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilərin həcmi hələ də yüksək olaraq qalır. Bununla yanaşı, əhalinin yalnız üçdə biri müasir tullantı sularının təmizlənməsi xidmətlərinə çıxış imkanına malikdir”.
 
Link kopyalandı!
Son xəbərlər