Sentyabrda KTM-ə zəhərlənmə səbəbi ilə gətirilənlərdən üç nəfər ölüb
Cəmiyyət
140
10:16, Bu gün

Sentyabrda KTM-ə zəhərlənmə səbəbi ilə gətirilənlərdən üç nəfər ölüb

2025-ci ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbi ilə qəbul olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
 
Bildirilib ki, onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, ikisi spirtli içkilərdən, səkkizi ilan sancmasından, yeddisi allergik reaksiyadan, ikisi yandırıcı məhlullardan, biri həlledici maddədən, altısı fosfor üzvi birləşmələrdən, ikisi anafilaktik şokdan, biri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
 
"Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib.
 
Düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq, qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
 
Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, üç nəfərin (iki kişi, bir qadın olmaqla) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub.
 
Əhalini məişətdə təhlükəli kimyəvi maddələrdən istifadə zamanı diqqətli olmağa, dərman preparatlarını yalnız həkim göstərişi ilə qəbul etməyə və xüsusən də sirkə turşusundan istifadə edərkən ehtiyatlı davranmağa çağırırıq", - məlumatda deyilir.
Link kopyalandı!
Son xəbərlər