Sakinlərin NƏZƏRİNƏ - Bəzi ərazilərdə qaz olmayacaq
Cəmiyyət
443
30 Sep 2025 | 22:40

Sakinlərin NƏZƏRİNƏ - Bəzi ərazilərdə qaz olmayacaq

Paytaxtın Səbail rayonu ərazisində yerləşən "Gülüstan" qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, oktyabrın 1-də, saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

Link kopyalandı!
Son xəbərlər