Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi” - VİDEO
Cəmiyyət
307
15:17, Bu gün

Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi” - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman döyüşçülərindən biri Ruslan Şahbazovun ən böyük arzusu işğal altında olan torpaqların, o cümlədən baba yurdu Laçının azad olunması olub. Bu arzu ona hərb sənətini sevdirib və o, ön cəbhədə xidmət edərək Vətən uğrunda mübarizə aparmaq yolunu seçib.

Ruslan hələ 2016-cı il Aprel döyüşlərində göstərdiyi şücaətə, mərdliyə görə tanınıb. Daha sonra, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq, onun vətənpərvərliyinin və fədakarlığının ən parlaq nümunəsi olub.

Qısa ömründə göstərdiyi igidlik və mərdlik onu həm döyüş yoldaşları, həm də bütün xalqımız üçün örnək şəxsiyyətə çevirib.

Atası Mahir Şahbazov APA-ya Ruslanın cəsarətli, mərd olnasından danışıb: “Yoldaşları indi də onun qorxmazlığından danışırlar. Azərbaycan Ordusunda 8 il idi ki, xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdi. 44 günlük Vətən müharibəsinin ilk günlərindən Talış-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib, şücaət göstərib. Düşmənin tankını və içərisində onlarla əsgər olan “KamAZ” markalı avtomobilini vurub. Yaralanmasına baxmayaraq, xəstəxanaya getməkdən imtina edib. Sentyabrın 29-da şəhid olub...”.

Anası Pərvanə xanıma Ruslan haqqında danışmaq çox ağır olsa da, onunla qürur duyduğunu deyib: “O, Vətənin qəhrəman oğludur. Ruslan məktəbdə yaxşı oxumasa da, təlim-tərbiyəsinə görə həmişə seçilib. Uşaqlıqdan zəhmətkeşliyi ilə seçilirdi. Hərbiyə marağı var idi. Əsgərlikdən gələndən sonra bir müddət Bakı şəhərində işlədi, sonra hərbiyə getdi. Ruslan həmişə baba yurdu Laçına getməyi arzulayırdı. Lakin o torpağı görmək qisməti olmadı. Şəkli Laçına vurulub. Biz də gedib ziyarət etdik. Ora getmək mənim üçün çox ağır, çətin oldu. Çünki dağların, dərələrin hər yerində şəhid naləsi, şəhid qanı, şəhid nəfəsi, bir ananın fəryadı var.

Ruslan payızda toy etmək istəyirdi. Deyirəm, kaş bir övladı, xatirəsi olardı. Düzdür, oğul Vətəni, namus-qeyrəti qorumaq üçündür. Amma övlad acısı ata-ana üçün çox ağırdır. Təsəllimiz odur ki, şəhidlərin qanları yerdə qalmadı, torpaqlarımız azad olundu. Mən də Ruslan kimi oğulun anası olduğuma görə fəxr edirəm”.

Ruslan Şahbazov Prezident İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsi uğrunda” və "Hərbi xidmətə görə" medalları ilə təltif olunub. Onun adı və igidliyi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.

Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO Yaralansa da, xəstəxanaya getməyən qəhrəman: “Ən böyük arzusu Laçını görmək idi”  - VİDEO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər