Tahir İmanov: “Bəzi qüvvələr onu yıxmaq istəyirdi…” - VİDEO
Cəmiyyət
319
14:47, Bu gün

Tahir İmanov: “Bəzi qüvvələr onu yıxmaq istəyirdi…” - VİDEO

 

“49 il biz Cabirlə bir yerdə, gözəl bir ömür yaşadıq. Həyatımız haqqında çox danışırdıq. Baxmayaraq ki, bəzi qüvvələr onu yıxmaq istəyirdi, o hər dəfə ayaqda qala bildi. Mən ondan böyük olsam da, o məndən əvvəl getdi...”

Bunu Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovun vida mərasimindəki çıxışında deyib. O, deyib ki, müharibə başlayanda Cabir özünə yer tapa bilmirdi:

“Harda olursa olsun, istər KVN illərində, istər sonrakı dönəmdə – həyatımızın əsas mənası Şuşa idi. Şükürlər olsun, eşq olsun bizim Ali Baş Komandana. Müharibə başlayanda, gəlib mənə dedi:

“Ailəmizi sənə tapşırıram.” Dedim: “Cabir, sən hələ gözləməlisən, sənin növbən çatmayıb. Şuşa azad olunandan sonra isə ona xüsusi tapşırıq verildi. İlk olaraq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bir vəzifə ilə təltif olundu. Daha sonra Şuşada keçirilən konsertin aparıcısı oldu. Son beş ildə biz ancaq Şuşa, Qarabağ sözləri ilə yaşamışdıq. Hətta balaca oğlunun bir yaşı tamam olanda onu Qarabağa apardı. Film çəkilişlərində də iştirak edirdi.

Bir dəfə mənə dedi:

“Gedək Şuşanı gəzək.” Elə bil hiss etmişdi... “Uşaqlarla ora getmək mənim üçün böyük xoşbəxtlikdir deyirdi. İndi isə mən qardaşdan yetim qaldım...”

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər