Hər il 18 milyon insanı aparır – Bu gün bir sənətçimizi də bizdən aldı...
Cəmiyyət
363
18:54, Bu gün

Hər il 18 milyon insanı aparır – Bu gün bir sənətçimizi də bizdən aldı...

Ürək-damar xəstəlikləri əsas ölüm səbəblərindəndir.
 
Ürək-damar xəstəlikləri bütün dünyada olduğu kimi, həm Azərbaycanda, həm də qardaş Türkiyədə geniş yayılıb və əsas ölüm səbəblərindən biri sayılır.
 
Yenisabah.az xəbər verir ki, sentyabrın 29-u Ümumdünya Ürək Günüdür. Bu barədə İzmir Buca Seyfi Demirsoy Təhsil və Araşdırma Xəstəxanasının kardiologiya mütəxəssisi, dosent Dr. Sedat Taş məlumat verib. O bildirib ki, hər il Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə keçirilən bu günün əsas məqsədi ictimai maarifləndirmədir.
 
Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəlikləri çox vaxt səssiz şəkildə irəliləyir. Hazırda dünyada təxminən 612 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Hər il isə 18 milyon nəfər ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Müqayisə üçün, Covid-19 pandemiyası dövründə 7–14 milyon insan vəfat edib. “Hər il iki dəfə artıq insanı ürək-damar xəstəlikləri səbəbindən itiririk. Bu səbəbdən maarifləndirmə çox vacibdir”, – deyə həkim vurğulayıb.
 
Sedat Taş qeyd edib ki, ürək-damar xəstəlikləri dünyada bütün ölümlərin 32 faizini, Türkiyədə isə 37,2 faizini təşkil edir və bu, ən çox görülən ölüm səbəbidir. Ümumdünya Ürək Federasiyası 2025-ci il üçün “Bir vuruşu qaçırmayın” şüarını elan edib. Kardioloq isə insanlara “Sevdikləriniz üçün ürəyinizin hər döyüntüsünə dəyər verin” çağırışı edib.
 
Onun sözlərinə görə, 1993-cü ildən bəri dünyada və Türkiyədə ürək-damar xəstəliklərindən ölüm halları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə 23–34 yaş arası şəxslər arasında bu səbəbdən ölüm göstəriciləri 52,7 faiz yüksəlib. Piylənmənin gənclər arasında artması, hərəkətsiz həyat tərzi və yanlış qidalanma əsas risk faktorlarıdır.
 
Qeyd edək ki, bu gün Azərbaycanın Əməkdar artisti də həmin səbəbdən dünyaya gözlərini əbədi yumdu.
Link kopyalandı!
Son xəbərlər