Bu marşrutlar üzrə əlavə qatar reysləri təyin olundu
Cəmiyyət
202
11:45, Bu gün

Bu marşrutlar üzrə əlavə qatar reysləri təyin olundu

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 4-5-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.
 
Bu barədə Moderator.az ADY-yə istinadən xəbər verir.
 
Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.
 
Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər