Bizi sosial şəbəkələrdən izləyin:
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib.
NİİM-dən Moderator.az-a verilən məlumata görə, müşahidə kameralarının qeydə aldığı qəzalara baxdıqda görünür ki, bir çox hallarda avtomobillərdə texniki nasazlıq yaranır və sürücülər zəruri təhlükəsizlik qaydalarına əməl etmirlər:
"Hadisələrin əsas səbəblərindən biri də nasaz nəqliyyat vasitəsi yolda qaldıqda təhlükəsizlik tədbirlərinin görülməməsi və sürücülərin diqqətsizliyidir. Çox zaman sürücülər ya avtomobildə oturub evakuator gözləyir, ya da nasazlığı yolun hərəkət hissəsində aradan qaldırmağa çalışırlar. Təəssüf ki, bu, əlavə yol-nəqliyyat hadisələrinə səbəb olur.
“Yol hərəkəti haqqında” Qanunun 55-ci maddəsinə görə, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda sürücü avtomobili yolun hərəkət hissəsindən kənara çəkməli və texniki yardım xidmətinə məlumat verməlidir.
Bu halda sürücülər qəza dayanma işıq siqnalını yandırmalı, qəza dayanma nişanını nəqliyyat vasitəsinin arxasında, zərurət olduqda isə həm də önündə, ən azı 30 metr məsafədə quraşdırmalıdır".
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri xəbərdar edir ki, qaydalara əməl olunmadıqda qəza riskləri artır və nəticələri qaçılmaz olur.