Bakı Uşaq və Gənclər Teatrında yeni mövsümün açılışı olub
Cəmiyyət
209
21:04, Bu gün

Bakı Uşaq və Gənclər Teatrında yeni mövsümün açılışı olub

Moderator.az xəbər verir ki, 26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin bütövlüyü uğrunda öz canından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Tədbirin aparıcıları teatrın istedadlı aktyorları Mehman Piriyev və Niyaz İlyasoğlu təbrik üçün səhnəyə Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, respublikanın əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı dəvət ediblər. 
 
Teatrın müvəqqəti yerləşdiyi Suraxanı rayonunun İcra hakimiyyətinin başçısı cənab Adil Əliyevə göstərdiyi qayğı və diqqətə görə  təşəkkür edilib. 
 
Daha sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə Bakı Uşaq və Gənclər Teatrının repertuarında olan  tamaşalardan  parçalar və rəqs nömrələri nümayiş olunub.
 
Tədbirin rejissoru İlhamə Əhmədovadır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər