Yaxşı baba! - Nuran Abdullayev Almaniyadan yazır
Cəmiyyət
275
13:50, Bu gün

Yaxşı baba! - Nuran Abdullayev Almaniyadan yazır

Uzun müddətdir Azərbaycanı ancaq beynəlxalq gündəmdə izləyirəm – Vaşinqton Sammiti, Trampla görüşlər, Çin səfəri, BMT Baş Assambleyasındakı görüşlər, tribunadan möhtəşəm çıxış və s.… Hər dəfə düşünürdüm ki, cənab Prezident beynəlxalq arenada Azərbaycanı necə böyük məharətlə təmsil edir.
 
Amma dünən – Anım Günündə, yerli mediada qarşıma çıxan bir görüntü mənim üçün bütün bu böyük siyasi addımlardan da təsirli oldu.
 
Kiçik Nilayla əl-ələ addımlayan cənab Prezident… Nilayın sadə, amma bir uşaq qəlbinin bütün səmimiyyətini ifadə edən sözləri: “Yaxşı babadır. Gördüyümdən bir az hündürdür.”
 
O sadə ifadənin içində o qədər böyük məna gizlənmişdi ki… Dövlət başçısı olmaq bir sıra ağır, çətin işləri görməklə yanaşı həm də xalqını dünyada təmsil etməkdir. Amma eyni zamanda ata, baba kimi qayğı göstərməkdir, millətinə onu hiss etdirməkdir. O baxışlarda, o duruşda biz bir daha təkcə siyasətçini deyil, həm də millətinə qəlbən bağlı olan bir insanı gördük.
 
Bəlkə kimlərəsə bu adi gələ bilər. Amma beynəlxalq arenada Onu izləyən biri kimi deyirəm: Onun diqqəti, qayğısı, sevgisi çox fərqli bir şeydir.
 
Bütün bunları indi başa düşməyənlər də günün birində anlayacaqlar – millətinə sahib çıxan, xalqını həm dünyada ucaldan, həm də körpə balanın əlindən tutub yaxşı baba ola bilən Prezident nə qədər dəyərlidir, qiymətlidir.
 
Var olun, cənab Prezident! Siz bu xalqa Nilayın timsalında sevgi dolu qayğınızı bir daha hiss etdirdiniz. Biz o diqqəti gördük, hiss etdik.
 
Nilayın dilindən deyilən o sözlər isə mənim də ürəyimdən keçdi:
 
Yaxşı və gənc baba! Siz hələ bu millətə çox lazımsınız!
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər