Bizi sosial şəbəkələrdən izləyin:
“Ölkə başçısının avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanlar tıxacların azaldılması istiqamətində müəyyən təsir göstərə bilər. Amma burada əməl edilməli olan bir sıra təhlükəsizlik qaydaları, beynəlxalq konvensiyadan irəli gələn tələblər var. Bəzən yol təhlükəsizlik nişanları ilə təmin olunur, bəzən isə belə nişanlara rast gəlmirik. Belə ki, aidiyyatı üzrə nişanlar yerləşdirilmir, yaxud da işıqforun işıqları düzgün tənzimlənmir”
Bunu Moderator.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib. O daha sonra bu layihələrin həyata keçirilməsində dünya təcrübəsindən yararlanmağı tövsiyyə edib:
“Şəhərdəki tıxacların aradan qaldırılması ilə bağlı dünya təcrübəsindən yararlanmaq olar. Məsələn, İçərişəhərin özü tarixi qədim yerlərdir, orada ödənişli yollar etmək olar. O cümlədən tarixi olmayan, o qədər adi küçələr var ki, davamlı tıxacdır. Bu bir az sosial təzyiq kimi də görünə bilər. Yəni, pulu olan keçsin, olmayan keçməsin. Düzdür, orada yəqin ki, çox bahalı bir ödəniş olmaz. O yollarda bunu tətbiq etmək olar ki, həmin yolların alternativi yoxdur və yollar yüklənir. Bakıda onsuz da infrastruktur bitib, boş torpaq sahələri yoxdur. Bakıətrafı ola bilər ki, yeni yollar salınsın. Dünya təcrübəsindən bu cür yararlanmaq olar ki, iş qrafiklərinin yerini dəyişə bilərik. Birinin gec, birinin tez. Özəl sektor yox, dövlət müəssisələrindən başlamaq olar. Həftənin iş günlərinin saatlarını azaltmaq olar. O cümlədən təkrəqəmli, cütrəqəmli nömrələrin şəhərə buraxılışını təmin etmək olar. Əslində xarici təcrübədə bu kimi elementlər çoxdur. O ki, qaldı ödənişli yolların qiymətinə.. Bizdə Tarif Şurası var, həmin komissiya qiymətləndirmənin üzərində işləyir. Dərman preparatlarından tutmuş hər bir şey Tarif Şurasının qiymətləndirmə prosesi başa çatdıqdan sonra təqdim olunur, təsdiq olunur. Çünki orada bütün nazirliklər kordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Yəqin ki, orada avtobus yolları özəl müəssisənindirsə.. Bəzi avtobuslar var şəhər İcra hakimiyyətinin balansındadır, dövlətin hesab olunur. Əslində onlara güzəştli qiymət tətbiq edilə bilər. Özəl avtobuslarda da eyni qaydada həmin rüsumla tətbiq etmək mümkündür” deyə Samir Nəbiyev deyib.