Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Moderator.az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər:
Məmmədzadə Kənan Kamil oğlu - polkovnik-leytenant
Sanıyev Xalid Bəhmən oğlu - polkovnik-leytenant
Şahmaliyev Vaqif Şaiq oğlu - polkovnik-leytenant
Ağayev Vüsal Mirzağa oğlu - kapitan
Mövlamov Füzuli Saleh oğlu - kapitan
Musayev Mirvahid Mirələm oğlu - kapitan
Şaliyev Şahin Eldar oğlu - kapitan
Əliyeva Məsumə Teymur qızı - baş leytenant.