“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Şuşa və Ağdamda ikigünlük oftalmoloji aksiya
Cəmiyyət
243
14:59, Bu gün

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Şuşa və Ağdamda ikigünlük oftalmoloji aksiya

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 25-26 sentyabr tarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Ağdam rayonunda və Şüşa şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılır.

Moderator.az xəbər verir ki, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Tədbirin ilk günündə Ağdam rayonunun Xıdırlı kəndində tibbi müayinələr təşkil olunub. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib.

Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Növbəti gündə tibbi aksiya Şuşa şəhərində davam edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

a man taking a picture of another man in a room
a person sitting at a desk
a man and woman looking at a microscope
a group of men sitting in chairs

women working in a lab

a person working in a room

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər