Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Cəmiyyət
304
12:06, Bu gün

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
 
Moderator.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.
 
"Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
 
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər