Gömrükdə mobil telefonları sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd aşkarlanıb
Cəmiyyət
168
11:35, Bu gün

Gömrükdə mobil telefonları sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Məlumata görə, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "iPhone17", 4 ədəd "iPhone16", 15 ədəd "Apple" markalı qələm, 8 ədəd "Apple" markalı qulaqlıq və 5 ədəd ətir onlardan qəbul edərkən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
"Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər", - deyə məlumatda qeyd edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər