Cəmiyyət
258
17:27, Bu gün

"TikTok"da azyaşlı övladına qarşı zorakılıq tətbiq edən qadın barədə araşdırma başladı

"TikTok" sosial şəbəkəsində canlı yayım açaraq, azyaşlı övladına qarşı zorakılıq tətbiq edən qadın barədə araşdırma başlanılıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası polis idarəsinə aparılaraq, barəsində protokol tərtib edilib.

"Qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə dövlət uşaq müəssisəsinə yerləşdirilib. Hazırda yerli icra hakimiyyəti orqanı tərəfindən Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, qadının valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, etdiyi hərəkətlərlə yeddiyaşlı övladının həyat və sağlamlığı üçün real təhlükə yaradan, Tərtər rayonunda qeydiyyatda olan, 1999-cu il təvəllüdlü Zəminə Qurbanova sentyabrın 18-də polis əməkdaşları tərəfindən Bərdə rayonunda müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər