Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkət tam məhdudlaşdırılacaq
Cəmiyyət
411
15:46, Bu gün

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkət tam məhdudlaşdırılacaq

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 00:00-dək Bakı şəhəri, Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 
"Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik", - məlumatda qeyd edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər