Rusiya sərhəd gözətçi gəmisi Bakı limanında
Cəmiyyət
290
14:25, Bu gün

Rusiya sərhəd gözətçi gəmisi Bakı limanında

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlib.

Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən Azərbaycan ilə Rusiyanın sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.

Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər