Astarada güclü leysan evlərə ziyan vurdu
Cəmiyyət
391
13:14, Bu gün

Astarada güclü leysan evlərə ziyan vurdu

Cənub bölgəsində bir neçə gündür ki, yağıntılı hava şəraiti hökm sürür.

Leysan xarakterli yağış Astarada bir sıra fəsadlar törədib. Sel suları ucqar dağ kəndlərində yollara, körpülərə zərər vurub.

Rayonun Niləşə kəndində torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində kənd sakini Günay Ruhşanovanın evinə ziyan dəyib. Həyətyanı sahədəki meyvə ağacları, toyuq-cücə torpağın altında qalıb.

Qonşu Sərxan Fətəliyev bildirib ki, evin arxa hissəsi uçub və yaxın günlərdə yağış yağarsa, vəziyyət daha təhlükəli ola bilər.

Bələdiyyə sədri Ramin Dədəyev sürüşmə faktı barədə aidiyyəti qurumlara məlumat verildiyini bildirib.

O həmçinin qeyd edib ki, dağlardan gələn sel suları irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.

Daha ətaflı Baku TV-nin videomaterialında:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər