Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb -xa0FAKTİKİ HAVA
Cəmiyyət
1551
23 Sep 2025 | 11:08

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb -xa0FAKTİKİ HAVA

Bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Düşən yağıntının miqdarı Oğuzda 12, Lerikdə 9, Şamaxı 8, Şəkidə (Kişçay) 7, Göygöl, İsmayıllı, Neftçala, Astara, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Ağdam, Daşkəsən, Gədəbəy, Sabirabad, Cocuq Mərcanlı, Tovuz, Culfa, Qobustan, Bərdə, Zərdabda 3 mm-dək qeydə alınıb.
 
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Link kopyalandı!
Son xəbərlər