Məcnun Məmmədov mədəkiçiltmə əməliyyatı keçirib? - Özündən AÇIQLAMA
Cəmiyyət
425
11:30, Bu gün

Məcnun Məmmədov mədəkiçiltmə əməliyyatı keçirib? - Özündən AÇIQLAMA

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun son günlər hədsiz çəki atması böyük müzakirələrə səbəb olub. Onun Yunanıstanda mədəkiçiltmə əməliyyatı keçirməsi ilə bağlı məlumatlar yayılıb.
 
Moderator.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədovla əlaqə saxlayıb. O, mədəkiçiltmə əməliyyatı ilə bağlı yayılan xəbərləri təkzib edib:
 
"Mən heç bir əməliyyat keçirməmişəm, yalandır. Özümü yaxşı hiss edirəm, səhhətimdə hər hansı bir problem yoxdur. Mənim Yunanıstanda əməliyyat olunmağımla bağlı deyilənlər isə cəfəngiyatdır".
 
"Bəs necə arıqlamısız" sualını isə nazir cavabsız qoyub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər