QHT “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsini həyata keçirib - FOTO
Cəmiyyət
429
22 Sep 2025 | 22:49

QHT “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsini həyata keçirib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İInsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsinu həyata keçirib. Təşkilat ilk tədbirini 20 sentyabr 2025 ci il tarixində Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən “ Yeni Başlanğıc” Reablitasiya Mərkəzində reallaşdırdı.

Tədbirdə 40 nəfər iştirak edib.

Müəssisədə reablitasiya alan pasientlər seçimlərinə uyğun maskadan istifadə ediblər.

Tədbiri Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı açaraq hamını salamladı. Belə bir imkanı yaratdıqları üçün AR QHT DDAgentliyinə öz təşəkkürün bildirdi və izah etdi ki, siz tək deyilsiniz, dövlət qurumları hər an sizin qayğınıza qalır və sizlərin sağlam gələcəyə nail olmanız üçün bütün imkanları səfərbər edir:”Narkotik bəşəri bir bəladır. Açıq formada bildirmək istəyirəm ki, Azərbaycana qarşı narkotikin yayılmasını özünü İslam Respubıikası elan edən İran dövlətidir. İran molla rejimi bütün gücü ilə Azərbaycan gənclərini narkotik aludəçiliyinə yoluxdurmaq istəyir. Azərbaycanın sağlam, intelektual, düşünən beyninin, gəncinin olmasını istəmir. İran bunu dövlət siyasəti olaraq həyata keçirdir. Təbii ki, Azərbaycanın çox güclü hüquq-mühafizə orqanları bunun qarşısını alır. Narkotikdən əziyyət çəkən şəxsləri “Yeni Başlanğıc” Reabilitasiya Mərkəzində müalicə olunması olduqca vacib hadisədir. Buna görə mərkəzin rərhbərliyinə təşəkkür edirəm. Biz hamımız birgə çalışmalıyıq, narkomanı özümüzdən uzaqlaşdırmamalıyıq, əksinə qucaq açmalıyıq, onu sağalfıb, cəmiyyətə qaytarmalıyıq. Bir nəfərin narkoman olması tək öz ailəsinin deyil, bütövlükdə dövlətin problemi kimi qəbul olunmalıdır”.
N. Orduxanlı sözü İHQMİB-nin sədri, layihə rəhbəri Səltənət Qocamanlıya verdi. S. Qocamanlı bir ana kimi öz tövsiyə və arzularını iştirakçılara çatdırdı və sözü layihənin təliçisi həkim narkoloq, doktorant Ayxan Bağırova verdi.

Təlimçi narkomaniya ilə bağlı
Narkomaniya ilə bağlı ---
1. Əsas anlayışlarin izahi
2. İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
3. Narkotiklərdən asıllıqın yaranma səbəbləri
4. Narkomaniyanin törətdiyi fəsadlar
5. Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər
6. Narkomnaiya ilə necə mübarizə aparılmalı
7. Narkomaniyadan əziyyət çəkənlərin müalicə qaydaları və prosesi haqda .
Mövzular haqda məlumat .verdi və iştirakçıarın suallarını cavblandırdı.. Sonra iştirakçılar 4 qrupa bölündülər və hər qrupa 3 sualdan ibarət qrup işi verildi. Hər qrupdan 1 nəfər təqdimat etdi.

“Yeni Başlanğıc” Reabilitasiya Mərkəzinin rəhbərləri Ülvi Vəlizadə və Şahin İbrahimov bu cür layihələrin keçirilməsinin vacib olduğunu qeyd ediblər:”İlk öncə cənab prezident İlham Əliyevə və hörmətli birinci Vitse-prezident Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk ki, ölkəmizdə narkotikə qarşı mübarizəni diqqətlərində saxlayırlar. Hörmətli nazirimiz Vilayət Eyvazov da narkotik yayılmamasının qarşısını alınması istiqamətində hüquqi addımlar atır. Bizim mərkəz narkotik asıllığından əziyyət çəkən onlarla şəxsləri, gəncləri sağaldıb, yenidən ailələrinə, cəmiyyətə qaytarır. Bu istiqamətdə mərkəz olaraq səylətimizi artıracağıq!”

Sonda iştirakçılara çay və şirniyyət süfrəsi təşkil edildi.

Tədbirin foto və video çəkilişi də təmin edildi.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər