Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırıldı
Cəmiyyət
449
12:23, Bu gün

Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırıldı

Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən "By Elnur Music Hall" gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən "By Elnur Music Hall" gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər