2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə imtahanlarda Kəlbəcər rayonunun Başlıbel kəndindən olan 27 gənc uğurlu nəticələr qazanaraq respublika və xarici ölkə ali məktəblərinə qəbul olunublar. Bu nəticə onun göstəricisidir ki, Başlıbelli gənclər doğma kəndlərinin əhalisinin təhsilə bağlılıq ənənəsini yüksək səviyyədə davam və inkişaf etdirirlər. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi 2023-cü ildən başladığı ənənənin davam olaraq bu il də ali məktəbə qəbul olunan başlıbelli tələbələri “Təşəkkürnamə” və simvolik hədiyyələrlə təltif edib. Sentyabrın 20-də “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində tələbələrin təltif edilməsi mərasimi keçirib.
Tədbirdə Birliyin üzvləri, tələbələr, valideynlər, müəllimlər, Başlıbel kəndindən olan ziyalılar, alimlər iştirak ediblər. Tədbir vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov Azərbaycanda təhsilin Prezident İlham Əliyevin və 1-ci vitse-Prezident Mehriban Əliyevanın xüsusi diqqətində olan sahələrdən olduğunu qeyd edib. Tələbələri və vaildeynləri təbrik edən Birliyin sədri Başlıbel kəndindən 27 abituriyentin ali məktəblərə qəbul olmasının böyük nəticə olduğundan danışıb. V.Həşimov başlıbelli gənclərin qəbulda əldə etdiyi nəticələrin sevindirici olduğunu bildirib. Bu münasibətlə tələbələri, vaildeynləri və müəllimləri təbrik edən Birliyin sədri deyib ki, ali məktəbə qəbul olunanların 21 nəfəri oğlanlar, 6 nəfəri qızlardır. Sonra Başlıbel kəndindən olan müəllimlər, müxtəlif universitetlərdə çalışan alimlər, ziyalılar, valideynlər çıxış ediblər. Ağsaqqal müəllimlərdən Əhliman Mirzəyev, ziyalılardan dosent Qalib Əbdüləliyev, Səbuhi İsayev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri Ənvər Salahov və Bəhruz Səmədov, Moderator.az saytının baş direktoru Əli Hüseynli, Birliyin sədr müavinləri Nurəddin Həşimov və Etibar Ağayev tələbələri təbrik edərək onlara tövsiyələrini veriblər. Başlıbel kəndinin ənənələrini daim qoruyub saxlamağın vacibliyini, dövlətimizin inkişafı üçün bundan sonra da təhsillərində daha ciddi nailiyyətləri əldə etməyin, ixtisaslarına mükəmməl yiyələnməyin zəruriliyini tələbələrin nəzərinə çatdıran natiqlər onlara uğurlar diləyiblər, həmçinin “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinə tələbələrə göstərdiyi diqqətə və təşkil etdikləri tədbirə görə təşəkkürlərini çatdırıblar. Valideynlərdən Qiyas Mamedov, Yaşar Qasımov, Amil Həsənov, Səyyaf Məmmədov, Babək Əzimov bildiriblər ki, Birliyin və Başlıbelin nüfuzlu müəllimlərinin, alimlərinin diqqəti, tövsiyələri gənc tələbələrə əlavə stimuldur.
Sonra tələbələrə xüsusi “Təşəkkürnamə” və simvolik hədiyyələr təqdim olunub.
Moderator.az saytı bizlərə qürur hissi yaşadan tələbə adını qazanan gənclərin siyahısını təqdim edir:
1. Mamedov Elnur Qiyas oğlu-Əmək və Sosial münasibətlər Akademiyası, Marketinq
2. Balacazadə Fəqan Namiq oğlu – Bakı Slavyan Universiteti, Tərcümə (Azərbaycan dili-çex dili)
3. Əmrəliyeva Zülfiyyə Zülfi qızı – Gəncə Dövlət Universiteti, Xarici dil müəllimliyi (ingilis dili üzrə)
4. Əzimov Fuad Şikar oğlu – İdman Akademiyası
5. Mehdizadə Jalə Ceyhun qızı – BDU, Hüquq fakültəsi
6. Salahova Fidan Elnur qızı – ATU, Tibb fakültəsi
7. Ağazadə Nicat Vüqar oğlu – Azərbaycan Texniki Universiteti, Xüsusi rabitə vasitələri mühəndisliyi
8. İsmayılzadə İlkin Aqil oğlu – Azərbaycan Dövlət Aqrar Universiteti, Meliorasiya mühəndisliyii
9. Əzizli Fatimə Müşfiq qızı – Bakı Mühəndislik Universiteti, Sənaye mühəndisliyi
10. Məmmədli Ülvi Nizaməddin oğlu – BMU, İnformasiya texnologiyaları (İnformasiya və kommunikasiya texnologiyaları) İNHA-dakı İnformasiya və kommunikasiya mühəndisliyi (Mühəndislik fakültəsi)
11. Əşrəfli Emil Elşad oğlu – ADNSU, Kimya Mühəndisliyi
12. Hüseynov Səid Amil oğlu – Memarlıq və İnşaat universiteti, İqtisadiyyat
13. Kazımlı Orxan Natiq oğlu – ADNSU, İnformasiya texnologiyaları (tədris ingilis dilində)
14. Səmədzadə Ziya Zəfər oğlu – İdman Akademiyası, Ümumi fiziki hazırlıq
15. Kazımlı Ayxan Xalid oğlu – ABŞ, Oklahoma Universiteti, kompüter elmi
16. Mirzəyev Fərid Bəhlul oğlu – Azərbaycan Dövlət Aqrar Universiteti, Aqro Mühəndislik ixtisası,Tədris türk dilində. Təhsilin müəyyən hissəsi Türkiyədə
17. Qasımzadə Sadiq Yaşar oğlu – Bakı Mühəndislik Universiteti, Mühasibat
18. Məmmədli Emin Səyyaf oğlu – Gəncə Dövlət Universiteti
19. Səmədzadə Nurlan Şaiq oğlu – UNEC, kompüter mühəndisliyi
20. Həmidov Nihad Teymur oğlu – Polis Akademiyası, Hüquqşünaslıq
21. Həşimli Ömər Elməddin oğlu – Mingəçevir Dövlət Universiteti, Turizm işinin təşkili
22. Rzazadə Fidan İqbal qızı – Azərbaycan Dövlət Aqrar Universiteti, Biznesin idarə edilməsi.
23.Rzazadə Rza İqbal oğlu – UNEC (Azərbaycan Dövlət İqtisad Univeristeti), Biznesin idarə edilməsi.
24. Əzimov Elşən Babək oğlu-Çin Xalq Respublikası, Jiangsu Universiteti, Beynəlxalq Çin dili müəllimi (Çin dilinin tədrisi).
25. Rzalı Nihad Fikrət oğlu-ADA Universiteti, Kompüter Mühəndisliyi (İngilis dilində).
26. Hüseynova Şahnaz Nazim qızı-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.
27. Babayev Zaur Ceyhun oğlu-Milli Aviasiya Akademiyası, İqtisadiyyat.
28. Qasımov Məhəmməd Anar oğlu - Bakı Dövlət Universitetinin Qazax filialı
“Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi” tələbələri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.