İldırımsürətli əməliyyat: Qarabağda bir günün içində yazılan şanlı səhifə - VİDEO
Cəmiyyət
177
19 Sep 2025 | 23:47

İldırımsürətli əməliyyat: Qarabağda bir günün içində yazılan şanlı səhifə - VİDEO

"Hərbi xronika" rubrikasında bu dəfə 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi ildırımsürətli antiterror əməliyyatı və onun tarixi nəticələrindən bəhs olunub.

Qeyd olunub ki, cəmi 23 saat davam edən əməliyyat Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qalıb. Üç onillikdən artıq işğal dövrü, 44 günlük Vətən müharibəsi və ondan sonrakı separatçı təxribatlar əməliyyatın zəruriliyini şərtləndirmişdi.

Qarabağda qeyri-qanuni silahlı dəstələrin fəaliyyəti, minalanma, qanunsuz silah daşınması və xarici havadarların dəstəyi sülhün bərqərar olmasına imkan vermirdi. 2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunda baş verən minalanma hadisəsi isə əməliyyat üçün son siqnal oldu.

Azərbaycan Ordusu bir gündə 13 istiqamətdə ildırımsürətli hücumlarla düşməni darmadağın etdi. Qısa müddətdə yüzlərlə mövqeyini itirən separatçılar təslim oldular və qondarma rejim süquta uğradı.

Vurğulanıb ki, bu tarixi zəfər yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda bölgədə barış, məsuliyyət və quruculuq proseslərinin başlanğıcını qoydu. Bir günün içində qazanılan bu qələbə əsrlərə bərabər bir dastana çevrildi.

Ətraflı Baku TV-nin süjetində:

 

Link kopyalandı!
Son xəbərlər