“Baytar çatışmazlığını aradan qaldırmaq üçün çalışırıq, əsas məqsədimiz budur ki...”- FOTO+ÖZƏL
Cəmiyyət
210
22:20, Bu gün

“Baytar çatışmazlığını aradan qaldırmaq üçün çalışırıq, əsas məqsədimiz budur ki...”- FOTO+ÖZƏL

“Qarşıdakı aylarda havaların soyuması ilə əlaqədar olaraq yenə də quş qripi və nyukasl xəstəliyi aktual olacaq. Çünki Azərbaycan miqrasiya xəttinin ətrafında, Xəzər dənizinin sahilində yerləşir. Kifayət qədər burada qoruqlar var. Hər biri də burada quşların qışı keçirməsi üçün yerdir. Müxtəlif bölgələrdən, ölkələrdən quşlar gəlir və çox böyük risk daşıyırlar. Ona görə də bu artıq bir xəbərdarlıqdır, ehtiyat tədbirləri görülməlidir. Ümumiyyətlə quşları nəinki soyuq aylarda, elə isti aylarda da qapalı yerdə saxlamaq lazımdır. Əgər qonşu quşları ilə, vəhşi quşlarla təmas yoxdursa açıq havada saxlamaq olar. Təbiətdə aşağı patogenli quş qripi daima sirkulyasiya edir. Zaman-zaman özünü göstərə bilir. O hər an yüksək patogenli qripə çevrilə bilər. Böyük təsərrüfatlarda quşlar arasında H9 vaksinasiyası aparılır. Bu quş qripinin qismən qarşısını almağa kömək edir”.

Bunu Moderator.az-a açıqlamasında Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalova deyib.

O daha sonra əlavə edib:

“İribuynuzlu təsərrüfatlara gəlincə isə.. Hər zonanın özünün xəstəlikləri var. Müəyyən zonalarda qarayara, nadolyar dermativ xəstəliyi ola bilər. Hətta Azərbaycanda qarayara xəstəlikləri məzarlıqları var. Əvəllər müasir avadanlıqlar olmadığı üçün qarayara xəstəliyinə tutulan heyvanlar orada basdırılırdı. Hətta xəritədə də göstərilib ki, bura qarayara xəstəlikləri məzarlıqlarıdır. Hal hazırda insenirator kimi avadanlıqlar ölmüş heyvanların cəsədlərini tamamilə məhv etməyə imkan yaradır. Qarayara çox təhlükəli bir xəstəlikdir. 100 ildən artıq torpaqda yaşaya bilir. Ona görə də oralar məzarlıq kimi qeyd olunub. Belə məzarlıqlar Sabirabadda, Qaxda var. Yağış yağdıqca sporlar qalxır torpağın üzərinə. Heyvanlar otlağa gedəndə asanlıqla yoluxa bilər. İnsan da heyvandan yoluxur. Bu səbəbdən davamlı otlaq sahəsində dezinfeksiya işləri görülür. İnfeksiyalar sərhəd tanımır, müxtəlif  vasitələrlə yayıla bilir. Misal üçün Nyukasl xəstəliyi olan ərazidə bir kağız qatlayıb cibinə qoyub digər ərazidə açsan, orda virusu yaymış olursan. Yüksək patogenli viruslara vaksinasiya da tabe olmaya bilər. Çunki mütasiya uğruyur bir çox viruslar və yeni xəstəliklər yaranır. Bu sahədə də maarifləndirmə işlərinə böyük ehtiyac var” deyə o bildirib.

Şəlalə Zeynalova bildirib ki, dekan olaraq çalışdığı Azərbaycan Dövlət Aqrar Universitetinin “baytarlıq fakultəsinə” bu il tələbə qəbulu yüksək olub:

“Bu il 180 qəbul var. Onun 150 nəfəri Azərbaycan sektorunda, 15 nəfəri İnglis dili, 15 nəfər isə rus sektorudur. Adətən inglis dilində daha yüksək ballar olur. Çünki orada əlavə təqaüd də var. Eyni zamanda daha yüksək ballı uşaqlar inglis dili sektoruna düşürlər. Bu il 500 üzəri ballar var. Bu il ən yüksək bal toplamış tələbənin valideyninə də zəng vurdum. Bilmək istəyirdim ki, həqiqətənmi baytarlıq fakültəsini özü seçib? Dedilər ki, bəli baytarlıq fakültəsini seçiblər. Bunu da onunla əsaslandırdılar ki, Gəncə aqrar bölgədə yerləşir, ətrafında çoxlu rayonlar var ki, onlarda çoxlu təsərrüfatlar var. Adətən Tibb Universitetindən, Biologiya fakültəsindən kəsilənlər baytarlıq fakültəsini seçirdilər. Amma bu il şahidi olduq ki, sırf bu fakültə üçün hazırlaşan tələbələr var. Bu çox sevindirici haldır. Ona görə ki, bizim qarşımıza qoyulan məqsəd budur ki, ölkədə baytar çatışmazlığı aradan qaldırılsın. Eyni zamanda peşəkar baytarlar olsun. Bu peşəni sevib gəlsinlər. Bu sahədə əməkhaqqı da yüksəkdir. Əlbəttə ki, həkim peşəkardırsa. Onların gələcəkdə işlə təmin olunması üçün də çalışırıq. Hazırda 5-ci kursları istehsalar təcrübəsinə yazdırmışıq. Bir çox təsərrüfatlarla müqavilə bağlamışıq. Onlar təcrübə keçdiklərinə görə əməkhaqqı da alacaqlar və təcrübə bitəndən sonra o təsərrüfatlarda qalıb işləyəcəklər. Bu da tələbələrin motivasiyasını artırır. Quba və Xaçmaz zonasında çox ciddi baytar həkimi çatışmazlıqları var. Biz nə qədər desək də baytar həkimi yetişdiririk, yenə də çatışmazlıqlar var. Çünki Azərbaycanda fərdi təsərrüfatlar çoxdur. Bu da fərdi baxım istəyir. Bu da o demək deyil ki, baytar həkim çoxalarsa problem yaşanmayacaq. Peşəkar həkim lazımdır. Əsas kəmiyyət yox, keyfiyyətdir” deyə Şəlalə Zeynalova bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər