“Polisə Dəstək” İctimai Birliyi QHT - lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Masallı şəhərində “İnsan Alveri ağır cinayətdir” mövsunda seminar - mühazirə keçirib.
Tədbiri Masallı RİH-nin məsul işçisi Aybəniz Novruzova açaraq layihənin mahiyyətini, insan alveri cinayətlərinin insan və vətəndaş hüquq və azadlıqlarına istiqamətlənən ağır cinayət kimi xarakterizə edərək onun qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini zəruri hesab etmişdir.
Layihə ətrafında təşkilatın sədri Şəmsəddin Əliyev məlumat vermişdir. O, çıxışında “İnsan Alveri cinayətlərinin ağır cinayət” və Transmilli Mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növlərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Ş.Əliyev dünyada baş verən qlobal dəyişikliklər, ələlxüsus COVİD-19 pandemiyası ərəfəsində və sonra baş verən tentensiyaların insan alverçiləri üçün şərait yaratdığını, BMT-nin 2017-2018-ci illər ərzində bu sahədəki fəaliyyətinə, 116 ölkədə aşkar olunan insan alveri cinayətlərinin 74 min 514 qurbanın olduğunu və aşkar olunmayan 1 milyona yaxın insanın bu cinayətlərdən zərər çəkməsi ətrafında danışmışdır.
İnsan alveri cinayətlərinin qurbanları sırasında uşaqların da çoxluğu beynəlxalq aləmdə narahatlıqla qarşılanır. Qızlar belə qurbanların 77%-ni (bütün dünyada) təşkil edir. BMT-nin yaydığı məlumatlardan bəlli olur ki, zərif cinsdən olan qurbanların 59i seksual istismara, 34%-i məcburi əməyə və 7%-i başqa məq%-sədlərlə istismara cəlb olunanlardır. Seksual istismar məqsədilə aşkar olunan qurbanların 94%-i qadınlar və qızlardan ibarətdir.
Gender bərabərliyini təmin etmək və qadınların hüquq və imkanlarını genişləndirmək məqsədilə BMT-nin (BMT- Qadınlar) 27 aprel - 18 may 2020-ci il tarixə qədər dünya ictimaiyyətinin insan alverinə təsir edən tendensiyalara münasibətini öyrənmək məqsədilə 102 ölkədə insanlar arasında apardığı sorğu, insan alveri qurbanları ilə bilavasitə işləyən 40 ölkədə və 385 təşkilatlarda vəziyyəti təhlil etməklə, Mütəşəkkil Cinayətkarlığın xüsusilə ağır növü ilə mübarizənin səthi aparıldığı barədə də, məlumat verilmişdir. Bəzi ölkələrin bu cinayətin təşkilatçılarına aid, onların müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks əməliyyat və istintaq-axtarış işlərinə ciddi yanaşılmadığı haqda iştirakçılar məlumatlandırılmışdır. Dünyada hökm sürən iqtisadi böhran insan alveri cinayətlərinin qurbanlarının təkrar “canlı əmtəəyə” çevrilməsinə imkan yaradır, seksual istismar və uşaqların alğı-satqısı halları atrmaqda davam edir.
Layihə ətrafında ekspert qismində çıxış edən tanınmış hüquqşünas Aydın Kərimov insan alveri cinayətlərinin qurbanlarının 85%-nin sonradan işə düzəlmək, 73%-nin tibbi xidmət almaq, 70% sosial xidmətlər imkanından məhrum olması və yaxud bu imkanlardan istifadə edə bilməməsinə dair informasiya vermiş,qurbanlar sırasında hüquqi xidmət almaq istəyinin məhdudlaşdırılması, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi və vətəndaşı olduğu ölkəyə qayıda bilməməsi barədə də iştirakçıları məlumatlandırmışdır.
İnsan alveri ilə mübarizə sahəsində geniş miqyaslı tədbirlərin keçirilməsinə baxmayaraq, icraya yönələn təsir tədbirləri qlobal problem olaraq qalır. Nəticə etibarı ilə milyonlarla insanlar əziyyət çəkir.
Aydın Kərimov BMT-nin Narkotiklər və Cinayətkarlılq üzrə İdarəsi XXI əsrdə cinayətkarlıq və insan alverinə qarşı mübarizəni gücləndirmək habelə, qarşısını almaq məqsədilə dövlətlərə 8 əhəmiyyət kəsb edən tövsiyələrinə də şərh verib:
1.İnsan alveri dünyanın bütün regionlarında var .
Qurbanlar daha çox sosial- iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrdən, iknkişaf etmiş ölkələrə daşınırlar.
2.İnsan alveri cinayətləri daha çox gəlir gətirən biznes sahəsidir.
BMT-nin Narkotiklər və Cinayətkarlılq üzrə İdarəsinin 2020-ci ilin məlumatında insan alveri ilə bağlı 141 ölkədə 50 min şikayətlərin daxil olduğu vurğulanır.
3. İnsan alveri iqlim dəyişməsi, yoxsulluğun və münaqişələrin olduğu regionlarda daha geniş yayılıb. İnsan alverini şərtləndirən sosial, iqtisadi və siyasi faktorlar mühüm səbəblərdəndir.
4. İnsan alverçiləri aldatmaq, güc tətbiq etmək yolu ilə insanları şəbəkələrinə cəlb edirlər.
5. İstismar olunmaqdan çəkinmək fövqal dərəcədə çətindir. Qurbanlar tez-tez qeyri-insani şəraitlə üzləşir və istismar edənlərin əlindən qurtula bilmirlər. Onlara qarşı manipulyasiya mexanizmlərindən istifadə edilir.
6. İnsan alverinin geniş yayılmış digər formalarından məcburi əmək və seksual istismar hallarıdır. BMT-nin son tədqiqatlarından məlum olur ki, qurbanların 38,7% hətta küçələrdə, masaj mərkəzlərində, barlarda, mehmanxanalarda və fahişəxanalarda seksual istismara məruz qalırlar. Qadınlar və qızlar bu məqsədlə qəddarlığa, amansız rəftara tuş gəlirlər. Məhkəmə proseslərini təqlid etmə - yamsılama insan alverçilərinə kömək edir. Qurbanların 38,8% məcburi əməyə, ağır və dözülməz şəraitdə işləməyə, sərt iqlimlərdə balıq tutma, taxıl yığımında iştirak etməyə cəlb olunanlardır. Qurbanların 10% isə qanunsuz fəaliyyətlə- cibgirlik etməyə, dilənçilik və ya narkotik vasitələrin satışı ilə məşğul olmağa məcbur olunanlardır. Məcburi nikah, orqanların götürülməsi və ev köləliyi halları da var.
7. Qurbanların əksər çoxluğu qadınlardan ibarət olur. Heç kim insan alveri qurbanına çevrilməsindən sığortalanmır. Cinsindən və yaşından, mənşəyindən asılı olmayaraq hər bir regionda insan alverinin qurbanına çevrilənlər var. Qadınların istismarı kişilərə nisbətən 3 dəfə çoxdur. Son 15 il ərzində uşaqların da qurbana çevrilməsi faktları artıb – 35% təşkil edir.
8. İnsan alverçiləri hər kəs ola bilər, Mütəşəkkil Cinayətkarlığın üzvlərindən tutmuş, qurbanların yaxın qohumlarına qədər. Məhkəmə təcrübələrindən məlum olur ki, insan alverçiləri sırasında məhkum olunanların 58% -i kişilər təşkil edir.
Tədbirdə Masallı Rayon PŞ-nin cinayət axtarış bölməsinin rəisi Nəsimi Cəfərov, Müstəqil Elmi Praktik hüquq mərkəzinin psixoloqu Kəmalə Soltanova və DSMF-nin əməkdaşı Fuad Kərimli çıxış etdilər.
Sonda iştirakçıların sualları mahiyyəti üzrə cavablandırılmışdır.