“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?”- FOTO+ÖZƏL
Cəmiyyət
222
20:15, Bu gün

“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?”- FOTO+ÖZƏL

“Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə bir sıra tədbirlər həyata keçirilir. Hər zaman biz bu bayramı böyük sevinc hissi ilə keçiririk. İl ərzində elmi konfranslarımız keçirildi, Üzeyir Hacıbəyli haqda yeni kitablar nəşr olundu. Üzeyir Hacıbəyli bizim tükənməz bir sərvətimizdir. Onun əsərləri xarici ölkələrdə də nümayiş etdirilir, səhnələşdirilir. Bizim gənc bəstəkarlarımız da öz əsərlərini Üzeyir Hacıbəyliyə həsr edirlər. Bütün bunlar sevindirici bir haldır. 26 sentyabrda da Üzeyir Hacıbəyli haqda kitab təqdim olunacaq. İlin sonuna qədər bu 140 illik böyük təntənə ilə keçiriləcək”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

O daha sonra bildirib ki, bu sahədəki işləri təbliğ edənlər çox azdır:

“Bəzən deyirlər ki, Bəstəkarlar İttifaqı nə iş görür ki? Əlbəttə ki, kim nə gəldi danışa bilər. Amma ortaya fakt qoymaq lazımdır. Bəstəkarlar İttifaqının müxtəlif şöbələri var və hər şöbədə də peşəkar mütəxəssislər fəaliyyət göstərir. Gənc bəstəkarlarımız da əsər, simfoniya, uşaq mahnıları, vətənpərvərlik mahnıları bəstələyirlər. Təəssüf ki, bunu tamaşaçılar görə bilmir. Çünki televiziya kanallarında toyxanadan başqa bir şey yoxdur. Biz nə edə bilərik? Danışanda da deyirlər ki, “bizə reytinq lazımdır, maaşlarımızı siz verəcəksiz?” Problem budur. Təəssüflər olsun ki, pulun qarşısında hər şey acizdir” deyə bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər