Bakıda və rayonlarda güclü küləklə bağlı sarı, narıncı xəbərdarlıq verilib
Cəmiyyət
251
17:47, Bu gün

Bakıda və rayonlarda güclü küləklə bağlı sarı, narıncı xəbərdarlıq verilib

Azərbaycanda sentyabrın 21-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu narıncı xəbərdarlığa uyğundur.

Əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlığa uyğundur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər