78 yaşlı nənə tələbə oldu - VİDEO
Cəmiyyət
582
14:47, Bu gün

78 yaşlı nənə tələbə oldu - VİDEO

78 yaşlı Hicrət Yusifova Ordubad Peşə Liseyinə qəbul olunub.

Moderator.az Təhsil TV-yə istinadən xəbər verir ki, o, "Xalçaçı" ixtisası üzrə təhsil alacaq.

1946-cı ildə Ordubad şəhərində anadan olan H. Yusifovanın 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. O, 25 il Ordubad ipək kombinatında çalışıb.

Qeyd edək ki, peşə təhsil müəssisələrinə 27021 nəfər qəbul olunub. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər