22:34
19°C
Bakı
Sabah Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Moderator.az-a "Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik ortatəzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.