Cəmiyyət
238
12:11, Bu gün

"London taksi"ləri hava limanından şəhərə neçəyə gedəcək? - Bu yolla 20 dəfə ucuza getmək mümkündür + QİYMƏTLƏR

Məlum olduğu kimi, artıq Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhər istiqamətində hərəkət edərkən yalnız ərazidəki "London taksi"lərinin xidmətindən yararlanmaq mümkündür.

Bu taksilərlə isə aeroportdan şəhər mərkəzinə getmək kifayət qədər baha qiymətə başa gəlir.

Məsələn, aeroportdan "20 Yanvar" metrostansiyasına gedişin qiyməti 29 manat təşkil edir. 

"Holiday In Hotel" , "Fairmont Baku Hotel", "Winter Park Hotel", "Hilton Baku" və s. kimi şəhər mərkəzində yerləşən otellərə gediş qiyməti də elə 25-30 manat arasında dəyişir.

Qeyd edək ki, sözügedən qərardan əvvəl şəhər mərkəzinə "Bolt" və "Uber" kimi taksilərlə getmək üçün 10-15 manat vəsait tələb olunurdusa, indi bu qiymət 2 dəfəyə qədər bahalaşıb.

Aeroportdan müxtəlif ünvanlara taksi qiymətləri aşağıdakı kimi müəyyənləşdirilib:

 

 

Məlumat üçün bildirək ki, Bakı Beynəlxalq Hava Limanına getmək üçün alternativ bir variant da mövcuddur.

Belə ki,  Bakı Dəmiryol Vağzalından ("28 May" metrostansiyasının qarşısı-red.) hər gün səhər saat 06:00-dan gecə 23:15-ə qədər 20 dəqiqə intervalla, gecə isə hər 45 dəqiqə intervalla hava limanının 1-ci və 2-ci Terminallarına "Aero Ekspress" avtobusları fəaliyyət göstərir. Bakı Dəmiryol Vağzalından Hava limanına gedərkən avtobus Suraxanı körpüsü və "Koroğlu" m/s dayanır. Bakı Dəmiryol Vağzalından Hava limanına gediş müddəti 30 dəqiqə, gediş haqqı isə 1 manat 50 qəpik təşkil edir.

 

(Azpolitika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər