Bu gün maqnit qasırğaları nə dərəcədə təsirli olacaq? - Alimlərdən proqnoz
Cəmiyyət
347
13:16, Bu gün

Bu gün maqnit qasırğaları nə dərəcədə təsirli olacaq? - Alimlərdən proqnoz

Sentyabrın 17-də Yer kürəsində zəif maqnit qasırğalarının baş verməsi mümkündür.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidmətindən məlumat verilib.
 
"Günlük (sutkalıq) proqnoz: geomaqnit şərait - Günəş küləyinin yüksək sürətinin davam etməsi səbəbindən geomaqnit dalğalanmaların yüksək riskləri və zəif maqnit qasırğaları", - deyə laboratoriyanın saytında bildirilib.
 
Eyni zamanda alimlər qeyd ediblər ki, gün ərzində partlayış aktivliyi yüksək olacaq və orta dərəcədə artma ehtimalı ola bilər. Geomaqnit dalğalanmaların riski də yüksəkdir. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər