Cəmiyyət
316
21:20, Bu gün

"Formula-1" zamanı Bakıda hərəkət qaydaları - VİDEO

"Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsi - Akademik Milli Dram Teatrının yaxınlığından Heydər Əliyev Sarayının qarşısı - Bülbül prospektinə qədər məsafədə avtobus zolağı müvəqqəti olaraq ləğv edilib.

Bu barədə Baku TV-nin "Necə olmalıdır?" rubrikasında məlumat verilib.

Qeyd edilib ki, kəsişmədən sonra zolaq əvvəlki qaydada qüvvədədir. Sürücülər nizamlayıcının göstərişi olmadan zolağa daxil olmamalıdırlar.

"Bənzər dəyişiklik metronun "28 May" stansiyasının yaxınlığı - Azadlıq prospektində də müşahidə edilir. Rəşid Behbudov küçəsində isə zolaqlar əvvəlki kimi qüvvədədir", - deyə əlavə edilib.

O da vurğulanıb ki, 28 May küçəsində parklanma yerləri sentyabrın 23-dək müvəqqəti olaraq ləğv edilib.

Ətraflı süjetdə:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər