Bizi sosial şəbəkələrdən izləyin:
"Mənim üçün o, ilk növbədə atadır. Onun böyük aktyor olduğunu ölkədə hər kəs bilir. Haqqında çoxlu gözəl sözlər deyilib".
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a mərhum Xalq artisti Hacı Murad Yegizarovun qızı Məryəm Yegizarova bildirib.
"Çox mehriban, qayğıkeş, həssas idi. Mənə hər şeyini - sevgisini, qəlbini, bütün ruhunu bəxş edən insandı. Həmişə deyirdi: “Sən mənim üçün hər şeysən”. Həmişə qız övladı arzulamışdı. Mən isə hər zaman atamla qürur duymuşam. Bu insan hər şeyə layiq idi. Mənim qəlbimdə həmişə yaşayacaq, onu heç vaxt unutmayacağam",- Xalq artistinin qızı deyib.