Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək
Cəmiyyət
365
11:52, Bu gün

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
 
Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır.
 
Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.
 
Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər