Bizi sosial şəbəkələrdən izləyin:
"Son 8 ayda 491 müraciətə imtina verilib".
Moderator.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifinq zamanı deyib.
O bildirib ki, bəzən bu sahədə ictimaiyyətə qeyri-dəqiq məlumatlar təqdim olunur:
“Kvalifikasiya prosesləri birbaşa TKTA tərəfindən həyata keçirilir. Son 8 ay ərzində agentliyə 3480 müraciət daxil olub. Onlardan 2989-u üzrə ekspertiza aparılıb, 491 müraciətə isə imtina qərarı verilib" , - deyə Tural Əhmədov qeyd edib.