Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı
Cəmiyyət
309
19:50, Bu gün

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı

15 sentyabr tarixindən etibarən 2025/2026-cı tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verilib.

Moderator.az xəbər verir ki, müraciət etmək istəyən şəxslər "portal.edu.az" platformasında şəxsi kabinetə daxil olduqdan sonra "Təhsilalanların köçürülməsi və bərpası" xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 22 sentyabr, saat 18:00-dır.

Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alanlar istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. İlk peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

Peşə təhsili müəssisələrində tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş "Peşə təhsili üzrə ixtisasların Təsnifatı" ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.

İlk peşə təhsili səviyyəsi üzrə təhsil alan və texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.

Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

//e-qanun.az/framework/55807

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər