Bizi sosial şəbəkələrdən izləyin:
"Dərmanların keyfiyyəti əlçatanlığı, qiymətələri ilə bağlı çoxlu məsələlər var".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, bu istiqamətdə vacib dəyişikliklər edilib: “Bundan sonra da müvafiq dəyişikliklər olunacaq. Eyni zamanda həkimlərin sertifikasiyası ilə bağlı məsələlər bu gün cəmiyyətədə geniş müzakirə edilir. Çünki bu gün daha çox sertifikatsız həkimlərin olması ilə bağlı söhbətlər gedir. Səhiyyə nazirliyi də bununla bağlı iş aparır. Bir çox hallarda sertifikatsız həkimlərin işinin nəticəsi insan faciələri ilə yekunlaşıb. Ona görə də, bundan sonra tibb ixtisasına yiyələnməyin yeganə yolu rezidenturanın keçirilməsi olmalıdır. Eyni zamanda sertifikasiya sahəsində də qaydalar dəyişəcək. Estetik cərahiyyə sahəsində baş verən neqativ halların qarşısını almaq üçün vacib tədbirlər görüləcək”.