NİİM: Paytaxtda svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir
Cəmiyyət
306
08:47, Bu gün

NİİM: Paytaxtda svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ilinin başlanması ilə əlaqədar məlumat yayıb.
 
Moderator.az xəbər verir ki, müraciətdə deyilir:
 
"Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir. Bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın bir neçə küçə və prospektində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. Bununla yanaşı, nəqliyyat sıxlığına səbəb olan halların aradan qaldırılması üçün Mərkəzin əməkdaşları mütəmadi yol polisi ilə əlaqədədir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər