Məcburi köçkünlərlə bağlı qalmaqal yaşayan aparıcı
Cəmiyyət
664
18:40, Bu gün

Məcburi köçkünlərlə bağlı qalmaqal yaşayan aparıcı "Space TV"dən GETDİ

Jurnalist, aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.

Moderator.az xəbər verir ki, bu barədə Oxu.Az-a xanım aparıcı özü məlumat verib.

S.Bəkirqızı açıqlamasında qeyd edib ki, bu gündən etibarən televiziya fəaliyyətini tamamilə dayandırmaq barədə qərar verib.

Qeyd edək ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələr ictimaiyyətdə geniş narazılığa səbəb olub. "Space TV" Səidə Bəkirqızının sözlərinə görə cəzalandırılıb. Belə ki, 13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib, telekanalın efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə verib. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər