Bizi sosial şəbəkələrdən izləyin:
Bakı-Pirşağı-Sumqayıt sürət qatarının hərəkətində problem yaşanıb.
Moderator.az-ın məlumatına görə, kontakt şəbəkədə yaranmış problem Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən dörd qatarın gecikməsinə səbəb olub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, baş verən problem aradan qaldırılıb, qatarların qrafik üzrə hərəkəti təmin olunub.