Bizi sosial şəbəkələrdən izləyin:
"Mövcud ekoloji problemlər suyun təkrar emalını, tullantı sularının təmizlənməsini və yağış sularının toplanmasını zəruri edir".
Moderator.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlqar Gülməmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində deyib.
O qeyd edib ki, biznesin bu məsələdə fəal iştirakı xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İ.Gülməmmədov əlavə edib ki, Kür və Araz çaylarında sululuğun azalması, qeyri-sabit yağıntılar və torpaqların şorlaşması Azərbaycanı alternativ su idarəçiliyi həllərinə yönəldir.