Maliyyə Nazirliyi yoxlamalarla bağlı açıqlama yaydı
Cəmiyyət
200
10:46, Bu gün

Maliyyə Nazirliyi yoxlamalarla bağlı açıqlama yaydı

Son günlər Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur.
 
Maliyyə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə həyata keçirilir, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.
 
Qurumdan bildirilib ki, nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır.
 
Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər