Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı ilə bağlı yenilik
Cəmiyyət
358
13:25, Bu gün

Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı ilə bağlı yenilik

Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişiklik edib.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, kommersiya qurumları və publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini təsdiq edən sənədlərdə (dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, nizamnamə və ya nizamnaməyə dəyişiklikdə) göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər