Bu il 226 min uşaq məktəbəqədər təhsilə cəlb olunacaq
Cəmiyyət
170
11:07, Bu gün

Bu il 226 min uşaq məktəbəqədər təhsilə cəlb olunacaq

Bu il təxminən 226 min uşaq məktəbəqədər təhsilə cəlb olunacaq.

Moderator.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir deyib ki, ümumilikdə yeni təhsil ilində 2,2 milyon təhsilalan tədricən prosesə cəlb olunacaq, o cümlədən ümumtəhsil pilləsində 1,6 milyon, peşə təhsili üzrə 40 min, orta ixtisas təhsili üzrə 63 min, ali təhsil üzrə isə 246 min nəfər təhsil alacaq.

Emin Əmrullayev əlavə edib ki, işçi heyət sayı isə 300 min nəfərdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər