Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət
264
10 Sep 2025 | 21:17

Bu ərazilərdə qaz olmayacaq

Xətai və Nərimanov rayonlarınin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.  

Bu barədə Moderator.az-a "Azəriqaz" İB-dən bildirilib.  

"Qum adası-Qazanlar" yüksək təzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşməsi məqsədilə 11.09.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək "Əhmədli" QPS-də və "Əbilov" ölçü qovşağında qaz təchizatı dayandırılacaq.  

Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani, Aşıq Qurbanı küçələrinin və Nərimanov rayonu, Xətai prospektinin, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər