Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin sonuna kimi Azərbaycanda havadan suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri yekunlaşdırılacaq.
Moderator.az bildirir ki, bu barədə Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində qeyd olunub.
Məlumata görə, gələn il müvafiq sahə üzrə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.
Sözügedən işlər tamamlandıqdan sonra, 2027-ci ildən ölkədə havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı bir pilot layihənin icrasına başlanılacaq.