Azərbaycanda süni yağış texnologiyası ilə bağlı pilot layihə icra ediləcək
Cəmiyyət
275
12:35, Bu gün

Azərbaycanda süni yağış texnologiyası ilə bağlı pilot layihə icra ediləcək

2025-2027-ci illərdə Azərbaycansa süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq.
 
Bu barədə Moderator.az-a Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
 
Məlumata görə, 2025-ci il ərzində süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması nəzərdə tutulub. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçirilərək, ərazilər müəyyənləşdiriləcək. 2027-ci ildə isə süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər